Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qaradağ rayonunda 12 minə yaxın aztəminatlı ailəyə Qurban payı verilib

Oktyabr 06
17:49 2014

“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi nəcib ənənələrini təcəssüm etdirən Qurban bayramı Bakının Qaradağ rayonunda da geniş qeyd olunub. Bu barədə rayonun İcra Hakimiyyətindən bildiriblər.

Bayram münasibətilə Lökbatan və Sahil qəsəbələrində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən qurbanlıq qoyunların satış yarmarkası təşkil edilib. Rayonun 11 qəsəbəsində qurbanlar kəsilib, 12 minə yaxın aztəminatlı ailəyə qurban payı verilib və ərzaq yardımı göstərilib.

Bundan əlavə sağlamlıq imkanları məhdud şəxslərə, veteranlara və bu qəbildən olan digər insanlara baş çəkilib. Sakinlər müqəddəs bayramların yüksək səviyyədə keçirilməsinə, onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

“Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin!”

Qurani Kərim, “Həcc” surəsi, 28-ci ayə

Digər xəbərlər