Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Qardaşlarımızın torpağı erməni işğalı altındadır” – Ərdoğan

May 25
15:51 2016

Minsk Qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram.

“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilmiş XIII zirvə konfransından sonra İƏT baş katibi İyad Madani ilə keçirdiyi müştərək mətbuat konfransındakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

XIII zirvə konfransını İƏT-nin tarixində “dönüş nöqtəsi” kimi xarakterizə edən Ərdoğan, əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb.

“Azərbaycanlı qardaşlarımızın uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq, 25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm. Mən azərbaycanlı qardaşlarımızın Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm”, – deyə Türkiyə prezidenti qeyd edib.

“Bu məsələdə ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq”, – deyə Ərdoğan qeyd edib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)

Digər xəbərlər