Qəhrəman şəhidimiz
Aprel 09
17:08
2016
783 dəfə baxılıb
Döyüş meydanında əzəli torpaqlarımız uğrunda və cəbhə yoldaşlarını qorumaq üçün canına qıyan oğullarımız var.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, onlardan biri mayor Elnur Əliyevdir.
Elə Füzuli torpağında anadan olmuş mayor ata-baba yurdunu azad etməyin onun borcu olduğunu deyib. Elnur “Lələ təpə”də erməni postunu ilk ələ keçirənlərdən olub.
O, 23 ildir erməni tapdağında olan torpaqlarımızı azad etmək üçün qorxmadan qarşı tərəfin üstünə gedib.
Hətta yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atıb, qəhrəmancasına şəhid olub. Doğulduğu və uğrunda öldüyü Füzuli torpağında dəfn olunub.
Şəhid Elnur Əliyev, qəbrin nurla dolsun. Allah bütün şəhidlərə rəhmət eləsin.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)
Allah rəhmət eləsin. Amin!