Qətərlə Azərbaycan arasında 8 sənədin imzalanacağı gözlənilir
905 dəfə baxılıb
Qətər əmirinin Azərbaycana səfəri zamanı iki ölkə arasında 8 sənədin imzalanacağı gözlənilir.
Qətər əmiri Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gələcək.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, səfər çərçivəsində əsas görüşlər martın 8-də keçiriləcək.
Əmirin Azərbaycan rəsmiləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişafına dair məsələlər ətraflı müzakirə olunacaq.
Görüşlərin yekununda hökumətlərarası iqtisadi birgə komissiyanın yaradılması, təhsil, gömrük, maliyyə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, nəqliyyat, gömrük orqanlarının təcrübə və texniki mübadiləsi haqqında sazişlər daxil olmaqla 8 sənədin imzalanması gözlənilir
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)
Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!