QMİ-dən Məkkədəki faciə ilə bağlı açıqlama verildi
Sentyabr 12
14:09
2015
682 dəfə baxılıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məkkə şəhərində Məscidul Həramda baş vermiş faciə ilə bağlı açıqlama yayıb.
“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, QMİ-dən verilən məlumata görə, faciədə ölən və yaralılar arasında azərbaycanlı zəvvarlar olmayıb.
Bildirilib ki, azərbaycanlı zəvvarlar hadisə baş verəndə Mədinə şəhərində olublar.
Zəvvarlarımız hələ bu gün Məkkəyə gedəcəklər. Dünən ziyarət planına əsasən Mədinə şəhərinə gediblər.
Xatırladaq ki, dünən Kəbədə ildırım düşməsi nəticəsində qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.
Hadisə nəticəsində 107 nəfər ölüb, 184 nəfər isə yaralanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 102-ci ayə)