Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verib

May 24
17:21 2017

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Selefxeber.azAPA”ya istinadən xəbər verir ki, fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

“Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Əminik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli İcra hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə kömək olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcək”, – deyə fətvada bildirilir.

Bu arada QMİ Ramazan təqvimini də təqdim edib.

Şəriətimizdə Ramazan ayının və bayramının təyin edilməsi üsulları haqqında ətraflı məlumatı aşağıdakı keçid vasitəsi ilə oxuya bilərsiniz.

Ramazan ayının başlamasının və bitməsinin müəyyən edilməsi və fikir ayrılığına düşməkdən necə qorunaq?

Digər xəbərlər