Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qurban bayramı ərəfəsində reydlər keçiriləcək

Sentyabr 19
19:06 2014

“Sələf Xəbər”-in məlumatına görə, Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Qurban Bayramı ərəfəsində Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçəcək.

Əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan (mal-qara, quş, balıq, arı və digərləri), heyvan məşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədi ilə reydlərin keçirilməsi nəzərdə tutulur.

Bu dövrdə Xidmət və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

 Sələf Xəbər: Qurban Bayramı müsəlmanların iki bayramından biridir. Bayram hicri təqvimi ilə Zül-hiccə ayının 10-u başlayır və üç gün davam edir. Həmin gün Bayram namazı qılınır və daha sonra Allaha yaxınlaşmaq niyyəti ilə maddi vəziyyəti yol verən kəslər qoyun, qoç, inək, dana və ya dəvə qurban edir.

Digər xəbərlər