Qurban bayramı ilə əlaqədar səyyar ət kəsimi obyektləri – SİYAHI
777 dəfə baxılıb
Qurban bayramı ilə əlaqədar Bakının müxtəlif yerlərində 23-ə yaxın səyyar ət kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, insanların rahat qurbanlıq ət almaları üçün bu il daha çox səyyar yerlər olacaq. Sözügedən yerlərdə qurbanlıq heyvanların kəsimi üçün ən müasir avadanlıqlardan istifadə olunacaq: “Ötən il Bakıda 10 yerdə səyyar ət kəsimi obyektləri fəaliyyət göstərirdi. Bu dəfə ötən ilkindən 13 yer artıq olacaq. Artıq bu istiqamətdə işlər başlayıb. Sözügedən ət kəsimi yerlərində sanitar-gigiyenik qaydalara yüksək səviyyədə riayət olunacaq. Əhali həmin yerlərdən istədikləri qədər ət ala biləcək”.
Nazirlik rəsmisi, həmçinin süni qiymət artımı məsələsinə də toxunub: “Biz səyyar ət kəsimi yerlərini həm də süni qiymət artımının qarşısını almaq məqsədi ilə yaradırıq. Kənd Təsərüffatı Nazirliyi qurbanlıq ət kəsimi yerlərində qiymətlərin süni artırılmaması üçün çox ciddi nəzarət həyata keçirəcək. Bakıya satış üçün xeyli qurbanlıq heyvanlar gətirilib və hesab edirəm ki, bu da qiymətlərin süni sürətdə artırılmasına imkan verməyəcək”.
№ | Yarmarkanın təşkil edildiyi | |
Rayon | Ünvan | |
1 | Sabunçu | Sabunçu qəsəbəsi, Şəhər şossesi, “ABU” yanacaqdoldurma məntəqəsinin yanı |
2 | Zabrat – Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı | |
3 | Nərimanov | Əlyar Əliyev küç., 26 (Keşlə bazarının yanı) |
4 | Xətai | Cavanşir küç. 7, Nevrocərrahiyyə xəstəxanasının arxası |
5 | Mehmandarov küç. 72, Elektrik yarımstansiyasının yaxınlığında | |
6 | Suraxanı | Əmircan qəsəbəsi, Malik Mustafayev küç., “Neftçi” stadionunun yanı |
7 | Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küç., 114 saylı evin yanında | |
8 | Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küç., Tikiş sexinin yanı | |
9 | Hövsan qəsəbəsi, Oqtay Şabanov küç., “Maral” fiqurunun yanı |
10 | Səbail | Bibiheybət yolu, qoşa Yanacaq Doldurma Məntəqəsinin yanı |
11 | 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasında boş sahə | |
12 | Yasamal | Şərifzadə küç., 196 (“İdeal” şadlıq sarayının həyəti) |
13 | Binəqədi | 8 – ci mkr., C. Xəndan və Atatürk prospekti kəsişməsində yerləşən ət bazarı |
14 | Rəsulzadə qəsəbəsi, Binəqədi soşesi ilə Baksol yolunun kəsişməsi | |
15 | Biləcəri qəsəbəsi, T. Yaqubov 12A, | |
16 | Binəqədi qəsəbəsi, 3 – cü mədən, korpus 78, Qəsəbə mərkəzi | |
17 | Nizami | R. Rüstəmov ilə M. Əliyev küçələrinin kəsişməsində (“Millord” restoranının yanı) |
18 | Xəzər | Binə qəsəbəsi, Əliağa Vahid küç. 9 (yolun solu) |
19 | Qala qəsəbəsi, Dəmiryolçular küç. 41, (Qala Bələdiyyəsinin inzibati binasının qarşısı) | |
20 | Mərdəkan qəsəbəsi, Yesenin küç., döngə 3 | |
21 | Qaradağ | Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı |
22 | Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı | |
23 | Aqrovest MMC-nin qarşısı |
Sələf Xəbər: Uca Allah buyurur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (Qurani-Kərim, “Həcc” surəsi, 34-cü ayə)