Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qurban bayramında yarmarkalar fəaliyyət göstərəcək

Sentyabr 19
18:49 2015

“Yarmarkalarda qurbanlıq heyvanların qiymətləri mövcud bazar qiymətlərindən 20-30%-ə qədər aşağı olacaq”.

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, Avropa Oyunlarından əvvəl ləğv olunan kənd təsərrüfatı yarmarkaları bərpa olunacaq. Bununla bağlı aidiyyatı qurumlar razılığa gəliblər.

Məsələ ilə bağlı açıqlama verən kənd təsərrüfatı naziri Heydər Əsədov açıqlama verib: “Bakı şəhər icra başçısı ilə danışıqlarımız olub və onlar bizə artıq ünvanları təqdim ediblər. Biz çalışacıyıq ki, Qurban bayramı ərəfəsində bir neçə yerdə yarmarkaların açılışını təmin edək”.

Qurban bayramı ərəfəsində bazarlarda ucuz qurbanlıq heyvanların satışı üçün də kənd təsərrüfatı nazirliyi artıq hazırlıq işlərini başa çatdırıb.

Yarmarkalarda qiymətlərin tənzimlənməsinə isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edəcək. Nazirliyin antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayev qurbanlıq heyvanların qiyməti məsələsinə də toxunub: “Qurban bayramında yarmarkalarda qurbanlıq heyvanların qiymətləri mövcud bazar qiymətlərindən 20-30%-ə qədər aşağı olacaq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (Qurani-Kərim, “Həcc” surəsi, 28-ci ayə)

Digər xəbərlər