Qurban kəsmə tənzimlənəcək
922 dəfə baxılıb
“Sələf Xəbər”-in “Exo”-ya istinadən məlumatına görə, Qurban bayramı ərəfəsində İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ət kəsimi üçün xüsusi yerlər ayrılacaq. Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri həmin yerlərdə monitorinqlər keçirəcək.
Bunu echo.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Veterinar Xidmətinin (DVX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
Onun sözlərinə görə, Qurban bayramı ərəfəsində paytaxta gətirilən ət əsaslı yoxlanılacaq. Heyvan mənşəli məhsulların və heyvanların satışı üçün baytarlıq sənədlərinin olması mütləqdir. Əks təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci “İnzibati xətalar” maddəsi ilə nəzərdə tutulan müvafiq cərimədən tutmuş, satış məntəqəsinin bağlanmasına qədər cəza tədbiri tətbiq edilə bilər.
“Eyni zamanda bayramla əlaqədar nodulyar dermatit xəstəliyinə yoluxma ehtimalı olan rayonlardan kiçik və iribuynuzlu heyvanların paytaxta gətirilməsi qadağan ediləcək. Həmin rayonlardan ət almaq qadağandır. Bu işlə birbaşa olaraq DVX məşğul olacaq. Heyvanların yoxlanılmasından sonra satışına və ya kəsilməsinə icazə veriləcək”, Y. Xanvəli əlavə edib.
“Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”.Müqəddəs Quran, “Kövsər” surəsi, 2-ci ayə