Ramazan bayramı ilə bağlı qeyri-iş günləri açıqlandı
2. 804 dəfə baxılıb
Azərbaycan Nazirlər Kabinetindən Anspress-ə verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar Azərbaycanda iki gün iş günü olmayacaq.
Bu il Ramazan bayramı iyulun 28-29-na təsadüf edir. İyul ayının 26 və 27-i isə həftəsonuna düşür.
Qeyd edək ki, iyulun 28 və 29-u həftənin bazar ertəsi və çərşənbə axşamı günlərinə təsadüf edir.
Bununla əlaqədar olaraq ölkə ərazisində 4 gün qeyri-iş günü olacaq.
Sələf Xəbər: Uca Allah müsəlmanlar üçün ildə iki bayram – Ramazan bayramı (Ramazan ayının bitməsi münasibətilə) və Qurban bayramını (Həcc ayinlərinin bitməsi münasibətilə) – müəyyən etmiş və onları qeyd etməyi əmr etmişdir. Müsəlman, bu bayramları qeyd edərək, sevinir və başqa müsəlmanları təbrik edir. Uca Allah insanın nəfsinə xoş olan bayramları da ibadət saydığına görə, müsəlman bayram qeyd edərək istirahət etdiyinə baxmayaraq, buna görə bu dünya və axirəti üçün savab və Allahdan bağışlanma qazanır.
Uca Allahın Müdrikliyinə və Onun dininin mükəmməlliyinə bir baxın. Allah bizə oruc və həcc kimi çətin ibadətləri vacib görmüş və sonda bayram etməyi əmr etmişdir. Oruc kimi böyük bir ibadətin bütün sınaq və çətinliklərindən keçmiş bir Allah qulu gözəl Ramazan bayramını qeyd edir. Bayram günlərində insan, ona əvvəl qadağan edilmiş əməlləri edə bilir. Hələ dünən gündüz vaxtı ac və susuz olduğu halda, artıq bu gün o Uca Yaradanın bəxş etdiyi gözəl nemətlərini dadır, və adi bir gün onun üçün xüsusilə mənalı olur. Aclıq, susuzluq, yoruculuq və qıcıqlıq yoxdur. Bizə sonsuz nemətlərini bəxş edən Allaha həmd olsun! İslam qardaşlıq dini olduğu üçün bayram günlərində sevincini və ruzini də ehtiyaclılarla bölüşmək Ramazan bayramında ediləcək ilk əməldir.
Belə ki, Müdrik və Hər şeyi Bilən Allah müsəlmanlara Ramazan bayramı günü fitrə zəkatı verməyi əmr etmişdir. Bu ona görə edilir ki, bayram namazından sonra bütün insanlar tox və məmnun olsun, bu gözəl gündə ehtiyaclı və sədəqəyə möhtac insan qalmasın və bütün müsəlman cəmaatı bu böyük Ramazan bayramını sevinclə keçirə bilsin.
Ramazan bayramı gününün kulminasiyası – bayram namazıdır. Səhər oyandıqda müsəlman yemək yeyir, qüsl alır, ən yaxşı paltarlarını geyinir, ətir vurur və cəmaatla qılınacaq bayram namazına gedir. Bayram namazına gəlmiş kəs özünü çox böyük (milyard yarımlıq!) müsəlman cəmaatının, bütöv və bölünməz cəmaatın bir hissəsi hiss edir. Namazdan sonra sevincli müsəlmanlar bir-birini “Təkəbalə-LLahu minnə və minkum” (Allah sizdən və bizdən qəbul etsin) sözləri ilə təbrik edir. Onlar Allahdan oruclarını qəbul etməsini diləyirlər. Günün qalan hissəsini isə müsəlmanlar halal əyləncələrdə keçirir.
Allah bizləri Ramazan bayramına çatdırsın!