Rayon qeydiyyatlı avtomobil sahibləri – DİQQƏT
985 dəfə baxılıb
Bu gündən mayın 25-nə kimi bölgə dövlət nömrə nişanlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılır.
Selefxeber.az-ın məlumatına görə, bu barədə BakiPost-a Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq:
“Sürücülər avtomobillərini Bakının şimal və cənub girişlərində yaradılacaq xüsusi dayanacaqlarda saxlayaraq başqa nəqliyyat vasitəsindən istifadə edə biləcəklər”.
Vaqif Əsədov islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib.
Qeyd: Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı avtomobil yollarında xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı qadağa bu gündən qüvvəyə minib.
Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər. Aidiyyəti olmayan avtomobillər zolağa girərsə, 40 manat cərimə olunacaqlar.