Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rəcəb Tayyib Ərdoğan “Heydər Əliyev” ordeni ilə təltif edildi

Sentyabr 04
14:15 2014

“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Orden, Azərbaycana səfər etmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən rəsmi ziyafətdə prezident İlham Əliyev tərəfindən sahibinə təqdim edilib.

“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Muslim, Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər