Rəşid Mahmudov: İndi neyləyək, ona da Mir Hitler deyək?
1. 262 dəfə baxılıb
“Seyid əl çəkdi, ağıza tüpürdü, xəstə sağaldı” – bunlar hamısı gülməli şeylərdir. Vallah, XXI əsrdə bundan danışmaq ayıbdır!”
Bu fikirlər Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudova məxsusdur.
Selefxeber.az xəbər verir ki, tanınmış ziyalı “Oxu.Az”a açıqlamasında, xəstələrin müalicə üçün seyidlərə, pirlərə pənah aparmalarını xurafat adlandırıb: “İslam dinin ən mükəmməl formasıdır. Xurafat olmasa. Din mənim üçün saflıqdır, əqidədir, düzgünlükdür, başqasının haqqına girməməkdir, oğurluq, vicdansızlıq, satqınlıq etməməkdir, pis yola getməməkdir! Dinin bu qanunları mənim üçün önəmlidir və bu qanunlarla yaşamağa çalışıram. Amma xurafata getmək lazım deyil.
Sizə bir misal çəkəcəm. Belə bir rəvayət gəzir ki, müharibə vaxtı Mircəfər Bağırov o vaxtın ən ağır seyidi Ətağanı (Mirmövsüm ağa) sürgün eləmək istəyib, guya avtomobil “xoda” düşməyib. Onu da qeyd edim ki, Hitlerə 48 dəfə sui-qəsd olub, hamısında da bütün cəhdlər boşa çıxıb. İndi neyləyək, ona da Mir Hitler deyək? Bunlar gülməli şeylərdir. Milləti ayıltmaq, düz yolla aparmaq lazımdır. Millət hər şeyin düzünü bilməlidir. Yalanla, boş şeylərlə insanları cahilliyə sürükləmək lazım deyil!”