Riyadda Səudiyyə Ərəbistanı və Azərbaycanın birgə iclası keçirilir
Dekabr 15
17:24
2015
748 dəfə baxılıb
İclasda ikitərəfli əməkdaşlıq məsələləri geniş müzakirə ediləcək.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası komissiyasının 4-cü iclası keçirilir.
“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iclasda iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahəsində ikitərəfli əməkdaşlıq məsələləri geniş müzakirə ediləcək.
Qeyd edək ki, hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevdir.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)
Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!