“Rusiya bütün ərəb dünyasını ayağa qaldıra bilər”
803 dəfə baxılıb
“Rusiyanın hədəfi İŞİD terror xəvaric qruplaşması yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur”.
“Sələf Xəbər” bildirir ki, bu sözləri Axar.az-a Rusiyanın Suriyaya müdaxiləsi barədə danışarkən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloq Rusiyanın artıq çox böyük bir münaqişənin içərisində olduğunu bildirib:
“Rusiya Suriyaya daxil olmaq məsələsində israrlıdır. Moskva Əsəd rejimini qorumağa və Yaxın Şərqdə öz təsir dairəsini genişləndirməyə çalışır. Rusiyanın Suriya ilə birbaşa sərhədi olmadığından ancaq avia zərbələr endirir. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hər halda bu, Rusiya üçün çox ciddi və riskli bir addımdır. Hətta buna görə bütün ərəb dünyası Rusiyaya qarşı qalxa bilər. Xüsusilə də nəzərə alsaq ki, Rusiya təyyarələri artıq Əsəd əleyhdarlarının mövqelərini bombalamağa başlayıb. Rusiya artıq böyük bir münaqişəyə çəkilib. Belə görünür ki, Rusiyanın hədəfi, İŞİD terror xəvaric qruplaşması yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur (ASO). Çünki İŞİD terror xəvaric qruplaşması ilə konfliktə getmək hazırda Rusiyaya bir o qədər də lazım deyil”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!