Rusiya rəsmisi: Qarşılıqlı fəaliyyət üçün ölkələrimizin geniş imkanları var
696 dəfə baxılıb
“Azərbaycan regionda Rusiyanın ən mühüm ticari-iqtisadi və siyasi tərəfdaşıdır”.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən bildirir ki, bunu Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev Rusiyanın “Vestnik Kavkaza” agentliyinin müxbirinə müsahibəsində bəyan edib. K.Kosaçev deyib:
“Biz rus dilinə və Azərbaycanda yaşayan həmvətənlərimizə çox qayğıkeş münasibətə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq həm regionlararası əlaqələrə, həm də dövlət səviyyəsində iri layihələrə yol açır. Azərbaycanın başqa tərəfdaşları və müttəfiqləri də var. Azərbaycanın seçim palitrası Ermənistanınkından, yaxud Gürcüstanınkından xeyli genişdir.
Hazırkı mərhələdə Rusiya-Azərbaycan əməkdaşlığının indiyə qədər olduğu kimi rahat və müsbət inkişaf etməsi üçün heç bir dəfedilməz maneə görmürəm”.
Onun fikrincə, qarşılıqlı fəaliyyətin istiqamətləri arasında energetika nəzərəçarpan yer tutur. Ölkələrimiz rəqib kimi deyil, tərəfdaş qismində çıxış edə bilirlər. K.Kosaçev belə söyləyib:
“Sənaye, kənd təsərrüfatı istehsalı sahəsində bir çox digər layihələrlə bərabər, elm və innovasiyalar sahəsində əməkdaşlığı, bu sahədə Azərbaycan ilə ciddi layihələrimizin olduğunu xatırlatmaq yerinə düşər. İşi bildiyim üçün belə danışıram, çünki əvvəllər “Rossotrudniçestvo” Federal Agentliyində birbaşa bu layihələrlə məşğul olmuşam. Qarşılıqlı fəaliyyət üçün ölkələrimizin geniş imkanları var.