Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya təyyarələri “Azərbaycan taboru”nu məhv edib

Sentyabr 28
16:21 2015

Döyüşlər davam edir.

Rusiya HHQ Suriyanın Hələb şəhərində İŞİD terror xəvaric qruplaşması və “Əhrar əş-Şam” döyüşçülərinin mövqelərinə aviazərbələr endirib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Suriya ordusu yaraqlılara yerdən hücuma keçərkən, Rusiya bombardmançıları terrorçuların Dəyr Hafer şossesindəki mövqelərinə havadan zərbələr endiriblər. Əməliyyat zamanı 140-a yaxın yaraqlı öldürülüb. Hələb şəhərində döyüşlər hələ də davam edir.

Ərəb mətbuatı yazır ki, Suriya ordusuna havadan dəstəyi məhz Rusiya HHQ-i göstərir. Nəşrin məlumatına əsasən, Rusiya təyyarələri yüksək dəqiqliklə Hələbin şərqində döyüşçülərin mövqelərini məhv ediblər.

Nəşr, həmçinin qeyd edib ki, bu Rusiya tərəfindən 4 ildir ki, davam edən Suriya münaqişəsinə ilk hərbi müdaxilədir.

Əməliyyat yerinə yetirildikdən sonra bütün təyyarələr Cableh şəhərindəki aviabazaya qayıdıblar. Hal-hazırda Rusiya aviasiyası Dəməşq, Latakiya və Hama vilayətlərini havadan müdafiə edir.

Suriya ordusunun baş zabiti Rusiya HHQ-nin hücumunun Bəşər Əsədin başçılığı altığında olan Suriya Silahlı Qüvvələri (SAAF) ilə razılaşdırıldığını bildirib.

Onun sözlərinə görə, hücum zamanı komandiri ilə birlikdə “Azərbaycan tabor”u məhv edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər