Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyanın Azərbaycandan İŞİD-ə pul göndərilir iddiasına rəsmi açıqlama

Noyabr 23
18:08 2015

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandan İŞİD terror xəvaric qruplaşmasına pul göndərildiyinə dair Rusiyanın “İzvestiya” qəzetinin iddiasına münasibət bildirib.

“Sələf Xəbər” Ölkə.az-a istinadən məlumat verir ki, Komitə sədri açıqlamasında yayılan xəbərləri təkzib edərək Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmədiyini deyib.

“Rusiya mətbuatında yayılan xəbərlərin heç bir əsası yoxdur. Azərbaycandan İŞİD terror xəvaric qruplaşmasına pul göndərildiyinə dair ortada konkret fakt yoxdur”.

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti İŞİD terror xəvaric qruplaşmasına maliyyə dəstəyi verən ölkələrlə bağlı ilginc məlumat yayıb.

Qəzetin iddiasına görə, dünyanın 40-a yaxın ölkəsindən terror qruplaşmasının hesabına pul köçürülür.

Sözügedən məlumatda Azərbaycanın da adı qeyd edilir. Bildirilir ki, ölkəmizdən də İŞİD terror xəvaric qruplaşmasına maliyyə dəstəyi verilir.

İddia edilib ki, MDB ölkələrindən ilk pillədə Qazaxıstan, ikinci pillədə Azərbaycan, üçüncü yerdə isə Türkmənistan gəlir.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd peyğəmbərə nazil etdiyi vəhylərdir ki, ona onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər