Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanı narahat edir”

Fevral 26
17:56 2016

“Təəssüf ki, Rusiyanın Ermənistana silah-sursat verməsi birinci hal deyil”.

“Sələf Xəbər” Axar.az-a istinadən məlumat verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah-sursat verməsi faktına münasibət bildirərkən deyib.

Z. Əsgərov bildirib ki, Rusiyanın bu addımı Ermənistanla Azərbaycan arasında gərgin olan vəziyyəti daha da gərginləşdirir: “Biz Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Rusiyanın bu barədə Azərbaycana obyektiv məlumat verməsini gözləyirik. Hər halda Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də Ermənistana Rusiya tərəfindən silah verilməsi Azərbaycanı narahat edir. Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm qeyri-müsəlmanları və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər