Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sabirabadda məscid yanıb

Avqust 21
15:23 2015

Faktla bağlı araşdırma aparılır.

Ümumi sahəsi 200 kvadratmetr olan məscidin dam örtüyü anidən alovlanmağa başlayıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə hissəsinə məlumat verilib. Hadisə yerinə yağınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Alovun əhatə dairəsi genişləndiyindən Şirvan yanğından mühafizə hissəsindən də əlavə kömək göndərilib. Yanğını söndürmək mümkün olub. Lakin buna baxmayaraq məscidin 110 kvadratmetr sahəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində baş vermiş qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər