Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Şagirdlərimiz beynəlxalq olimpiadada biliklərini sınayırlar

Yanvar 06
16:59 2015

Argentinanın Mendoza şəhərində keçirilən 11-ci Beynəlxalq Təbiət Elmləri Olimpiadasında (İJSO 2014-İnternational Junior Science Olympiad) Azərbaycanı “İstək” liseyinin şagirdləri təmsil edib.

“Sələf Xəbər”-in “Qafqazinfo”-ya istinadən məlumatına görə, Olimpiadada 40-dan çox ölkədən gəlmiş 200-dən artıq iştirakçı birincilik uğrunda biliklərini sınayıblar.

10 gün davam edən olimpiada 3 mərhələdə keçirilib.

Birinci mərhələ fizika, kimya və biologiya fənlərinin hər birindən 10 sual olmaqla 30 sualdan ibarətdir.

İkinci mərhələ “nəzəri tur” adlanır və fizika, kimya, biologiya fənlərindən açıq sualları əhatə edir.

3-cu mərhələ “praktik tur”dur. Bu mərhələdə komanda şəklində fizika, kimya və biologiya fənlərinə uyğun laboratoriya işləri yerinə yetirilir.

Qeyd edək ki, Beynəlxalq Təbiət Elmləri Olimpiadası 2004-cü ildən keçirilir. 2009-cu ildə Bakıda təşkil edilmiş 6-cı Beynəlxalq Təbiət Elmləri Olimpiadasına 50 ölkə qatılıb. Bu, Beynəlxalq Təbiət Elmləri Olimpiadasının tarixində ən böyük göstərici hesab olunur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Qurani-Kərim, “Mucadilə” surəsi, 11-ci ayə).

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin, Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930