SAM nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedəcək
637 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti dekabrın 1-2-də Səudiyyə Ərəbistanı Krallığına (Ciddə şəhəri) səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili Əliyev daxildir.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, səfərin ilk günü SAM-ın nümayəndə heyətinin Kral Əbdüləziz Universitetinin Strateji Araşdırmalar Mərkəzi ilə tanışlığı, Mərkəzin direktoru İbrahim Kutubi və daha sonra Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevlə görüşləri nəzərdə tutulub.
Dekabrın 2-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi, İslam Əməkdaşlıq Təşkilatı və SAM-ın birgə təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar” mövzusunda simpozium keçiriləcək.
Simpoziumda “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna” və “Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək tövhələri” mövzularında müzakirələr planlaşdırılır.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!