Şamaxı Rəsədxanası xəbərdarlıq edib
1. 086 dəfə baxılıb
Bu gün Yer kürəsində geomaqnit həyəcanlaşması olacaq.
“Sələf Xəbər” Milli.az-a istinadən bildirir ki, bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
E.Babayev bildirib ki, buna səbəb kimi Yerin heliosfer cərəyan təbəqəsindən keçməsidir.
O, həmçinin xarici mətbuatda noyabrın əvvəlində Yer kürəsində maqnit qasırğalarının olması iddialarına da münasibət bildirib. Direktor müavini əlavə edib ki, bu cür mötəbər olmayan proqnozlara inanmaq məsləhət deyil: “Çünki ən azı 3-4 gün qabaq verilən proqnoz nisbətən etibarlı olur. Ancaq bizdə olan məlumata görə, noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir. Səbəb Günəşdən gözlənilən yüksək sürətli plazma küləyidir”.
Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.
Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)
“De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir”. (Bax: “Təfsir Əs-Saadi”)