Sarı zolağda avtomobillərin hərəkəti ilə bağlı qərar
810 dəfə baxılıb
Bu yollarda yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, BDYPİ-dən verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.
BDYPİ-dən, həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.
BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.
Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki Allah-Təala bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)