Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sarkisyanın Qarabağla bağlı üç şərti

Aprel 29
17:23 2016

Ermənistan prezidenti iclas keçirib.

Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün üç şərt irəli sürüb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse spikeri, hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bəyan edib.

O, bildirib ki, Sarkisyanın rəhbərliyi altında ERP-nin icraedici orqanının iclası başa çatıb.

“Toplantıda xarici siyasətlə bağlı məsələlər müzakirə olunub. Prezident Sarkisyan son görüşlərinin və telefon danışıqlarının təfarrüatlarını təqdim edib, həmçinin Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyət barədə danışıb”, – Şarmazanov deyib.

Onun sözlərinə görə, Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürüb: “insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatlar və Azərbaycanın “DQR”ə qarşı aqressiyaya əl atmayacağı zəmanəti”.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər