Səfir: “Azərbaycan kommunikasiya strategiyasında regionda aparıcı ölkə olmağa çalışır”
Aprel 13
19:17
2015
696 dəfə baxılıb
“İnformasiya inqilabı son illər yaşayışımıza, işimizə, iqtisadiyyatımıza güclü təsir edib”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta kibertəhlükəsizliklə bağlı Bakıda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ölkəsi hər gün milyonlarla kiberhücuma məruz qalır: “ABŞ bununla üzləşən yeganə ölkə deyil. Bu sahədə əməkdaşlıq çox vacibdir. Azərbaycan təhlükəsiz gələcəyə öz töhfələrini verir, kommunikasiya strategiyasında regionda aparıcı ölkə olmağa çalışır. ABŞ bu təşəbbüsləri dəstəkləyir. Ölkələrarası münasibətlərdə təhlükəsizlik məsələsi getdikcə daha da əhəmiyyət kəsb edəcək”.
Sələf Xəbər: “Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!” (Qurani-Kərim, “əl-Əraf” surəsi, 10-cu ayə)