Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səfir: “Azərbaycan və Küveyt arasında əlaqələr yüksək səviyyədədir”

Fevral 23
18:42 2015

“Ölkələrimiz arasında münasibətlər ildən-ilə daha da inkişaf edir, irəliləyir”.

“Sələf Xəbər” Gün.Az-a istinadən bildirir ki, bu barədə müsahibəsində Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi bildirib.

Onun sözlərinə görə, Küveyt Azərbaycanla iqtisadi sahədə əlaqələrin inkişafına xüsusi önəm verir:

“Biz həmişə əsas diqqəti iqtisadi əlaqələrə yönəltmişik. Əlaqələrimizdə xüsusi əhəmiyyət kəsb edən daha bir sahə turizmdir. Küveytdən Azərbaycana səfər edən turistlərin sayı da getdikcə artmaqdadır.

Xüsusilə, yay aylarında küveytlilər Azərbaycana gəlməyə üstünlük verirlər. Ötən ilin məlumatına görə, bura gələn turistlərin sayı 750-yə çatıb. Küveytli turistlər Qəbələni daha çox sevirlər.

İndi Bakıda və Küveytdə özəl turizm bürosu açılıb. Həmin büro bir küveytli iş adamı tərəfindən açılıb və turistlərin səfərlərini təşkil edir. Elektron viza alınması da çox asanlaşıb. İnanırıq ki, bu il turistlərin sayı daha da artacaq”.

Diplomat bildirib ki, Küveytə turist kimi səfər edən azərbaycanlıların sayı, hələ ki, azdır: “Biz azərbaycanlı turistlərin Küveytə gəlməsindən yalnız şad olardıq, onları qarşılamağa hər zaman hazırıq”.

Səfir bildirib ki, iqtisadi əlaqələrdə özəl sektor daha fəaldır: “Xüsusilə, son zamanlar çox yaxşı bir təşəbbüs oldu. Küveytli iş adamlarından biri Azərbaycandan Küveytə şirə ixracatı ilə məşğul olur. O, paytaxtda xüsusi bir satış mərkəzi açıb. Bu işdə Azərbaycan səfirliyinin də dəstəyi olub. Orda Azərbaycanda istehsal olunan bütün şirə növləri nümayiş etdirilir və satılır. Küveyt iş adamlarından biri burdan mərmər ixracatı ilə məşğul olmaq istəyir, birbaşa əlaqələr olmadığına görə, çox güman ki, bu əməliyyat İran vasitəsilə həyata keçiriləcək. Azərbaycanda nemətlər çoxdur. Burada hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərləri də vacibdir. Yəni bu səfərlər zamanı onlar bu nemətləri görə, əlaqələr qurub, birgə çalışa bilərlər”.

Səud Əbdüləziz əl-Rumi hesab edir ki, bu il iki ölkə münasibətlərinin inkişafı baxımından yaxşı bir il olacaq.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər