Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səfir: “Azərbaycanın inkişafı ölkəm üçün örnəkdir”

Dekabr 13
15:54 2014

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Taqi Xəlilini qəbul edib.

“Sələf Xəbər”-in Trend-ə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov Azərbaycanın dost ölkə olan Əfqanıstanla əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, elm, təhsil, təlim, sərmayələr, humanitar, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycanın Əfqanıstana humanitar, maddi-texniki, təlim və təhsil sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir cəsur Azərbaycan əsgərlərinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində Əfqanıstanda sülh və təhlükəsizlik naminə xidmətinin Əfqanıstan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycanın inkişaf təcrübəsinin ölkəsi üçün örnək olduğunu deyib.

Görüşdə iki ölkə arasında müqavilə hüquq-bazasının inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir M.T.Xəliliyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Rəbb xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər