Şəhid əsgərimiz Tovuzda dəfn olunub
668 dəfə baxılıb
Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub.
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu bu gün Tovuzda dəfn olunub.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan 1990-cı il təvəllüdlü Quliyev Rahib Nəriman oğlu doğulduğu Tovuz rayonu Bozalqanlı kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində deputat Qənirə Paşayeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər. Çıxış edənlər R. Quliyev barədə danışaraq onun mərd, cəsur bir əsgər olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)Allah rəhmət eləsin. Amin!