“Şəhidlər” məscidinin fəaliyyəti bərpa edildi, növbədə Əbu Bəkr məscididir
3. 421 dəfə baxılıb
Bakıdakı “Şəhidlər” məscidi artıq fəaliyyət göstərir.
Selefxeber.az “milli.az”a istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.
Onun sözlərinə görə, məscidə artıq axund və imam da təyin olunub: “Şəhidlər Xiyabanına gələn yerli və xarici ziyarətçilər o məscidə gedib namaz qılıb ibadət edə bilirlər”.
Qeyd edək ki, bir neçə il idi ki, “Şəhidlər” məscidinin fəaliyyəti dayandırılmışdı.
Şöbə müdiri Nərimanov rayonundakı “Cümə” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: “DQİDK, Nərimanov Rayon İH və QMİ ilə birgə şəkildə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və DQİDK-ya təqdim olunub. Hazırda o sənədlərə baxılır. İnşallah, orada icma təsis edildikdən sonra həmin məscidə QMİ tərəfindən din xadimi təyin olunacaq. Təyinatdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək”.