Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səhiyyə Nazirliyi ürək qüsurlu anaya kömək etdi

Oktyabr 14
17:09 2014

“Sələf Xəbər” Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin iyun ayının 20-də Balakən rayonunda keçirdiyi qəbul zamanı nazirə müraciət etmiş hamilə qadının həyatını xilas etmək mümkün olub.

Belə ki, Qax rayon sakini Məmmədova Ülviyyə Çingiz qızı qəbul zamanı nazirə müraciət edərək hamiləliyin 5-ci ayında olduğunu və əziyyət çəkdiyini anadangəlmə kəskin ürək qüsurunun həyatına və hamiləliyinə təhlükə yaratdığını bildirib.

Problemi ilə əlaqədar yollandığı İran İslam Respublikasında Ülviyyə Məmmədovaya bütün hamiləliyini xəstəxanada keçirməyi məsləhət görüblər. Maddi imkanı buna yol vermədiyindən gənc ailə səhiyyə nazirinə müraciət edib.

Müraciətdən dərhal sonra cənab nazirin tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilmişdir. Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlanılmış və oktyabrın 1-də qeysəriyyə əməliyyatına alınmışdır.

Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunmuşdur. Əməliyyat uğurla sona yetirilmiş, hazırda ana və yeni doğulmuş körpə tam sağlamdır.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, nazirlik ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər