Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sənədsiz evlərin aqibəti bilindi – VİDEO

Oktyabr 26
17:27 2016

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Son 6 ildə həmin evlərin sənədləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncam imzalanıb, müvafiq strukturlara tapşırıqlar verilib. Lakin problem tam həllini tapmayıb.

Evlərin sənədsiz vəziyyətdə qalması isə burada yaşayanlar üçün çoxsaylı problemlər yaradır. Qeydiyyata düşə, yaşadıqları ev ünvanına müvafiq şəxsiyyət vəsiqəsi ala bilmirlər. Uşaqları məktəbə, xəstəxanaya aparanda çətinliklərlə üzləşirlər.

İndiyə kimi müvafiq qurumlara sənədsiz ev probleminin həllinə yönəlimiş şəffaf mexanizimin hazırlanması və həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələblər irəli sürülmədən həll edilməsi haqda dəfələrlə tapşırıqlar verilib. Bir çox evlərə sənədlər verilsə də, proses hələ də tam yekunlaşmayıb.

Millət vəkili Rəfael Cəbrayılov məsələ ilə bağlı “Xəzər Xəbər”ə bildirdi ki, bu il “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və bu dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq. İcra hakimiyyəti müvafiq sərəncam verməsə də və tikinti layihəsi təsdiq olunmasa da torpaq haqda sənədi olan hər bir kəsin evi qeydiyyata alınacaq. Ona görə də vətəndaşlar torpağa sahiblik və istifadə hüququ verən sənədlərini qaydasına salmalıdırlar ki, mülkiyyət hüququ əldə edə bilsinlər.

🎬

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim rəvayət etmişdir: 4\ 2074\ № 2699)

Digər xəbərlər