Sərhəd qaydalarını pozanlar
809 dəfə baxılıb
Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2014-cü ildə dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozduğuna görə isə 16 min 2 nəfər saxlanılıb.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onların 46,1 faizi Azərbaycan, 18,7 faizi Özbəkistan, 6,4 faizi İran, 4,5 faizi Moldova, 4,3 faizi Əfqanıstan, 3,8 faizi Türkiyə, 3,1 faizi Gürcüstan, 2,6 faizi Rusiya, 2,6 faizi Suriya, 1,9 faizi Nigeriya, 1,9 faizi Ukrayna, 4,1 faizi digər ölkə vətəndaşları olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin, dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).