Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sərhədçilərimiz külli miqdarda narkotikin gətirilməsinin qarşısını alıblar

Dekabr 11
16:57 2014

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, dekabrın 6-da Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 15.11.1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 10.10.1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Qurani-Kərim, “Maidə” surəsi, 90-cı ayə).

Sərxoşedici – ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir. İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir.

Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Eyni zamanda, narkotik asılılıq əmələ gətirdiyinə görə insan onu almaq üçün malını israf edir, hətta, o yerə çatır ki, narkotik əldə etmək üçün insan hər yola (aldatma, oğurluq, qətl) əl atır.

Digər xəbərlər