Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sərxoş sürücü qəza törətdi

İyul 31
18:14 2014

APA TV-nin verdiyi xəbərə görə, Bakının Xətai rayonunda sərxoş sürücü yol qəzası törədib. Hadisə Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarında dayanan başqa bir “Mercedes”ə çırpıb. Sürəti yüksək olan “Mercedes” daha sonra işıq dirəyinə dəyib.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib, işıq dirəyi isə əyilib.

Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Məlum olub ki, qəzaya səbəb olan “Mercedes”in sərxoş sürücüsü hadisə yerini tərk edib. Maşın isə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Faktı Xətai Rayon Dövlət Yol Polisi İdarəsi araşdırır.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir.

Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.

Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır.” (İbn Macə).

Digər xəbərlər