Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sərxoşluğun acı sonu

Sentyabr 11
16:58 2014

“Sələf Xəbər” Vesti.Az-a istinadən sərxoşluğun səbəb olduğu qətl hadisəsi barədə yazır. Belə ki, paytaxtın Nizami rayonunun Nuriyev küçəsində, Bakı sakini 1993-cü il təvəllüdlü Cəfər Teymurova iki bıçaq zərbəsi vurulub.

Nizami rayon Polis bölməsindən Vesti.Az-a bildirilib ki, Teymurov hospitala yatırıldıqdan sonra dünyasını dəyişib. Nizami rayon 24-cü polis bölməsi əməliyyat-axtarış tədbirləri keçirərək üç saat sonra şübhəli bilinən şəxsi saxlayıb. Bu, 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov olub.

Məlum olub ki, cinayət törədilərkən hər iki gənc sərxoş olublar. İlkin istintaqda dindirilmədə Hüseynov bildirib ki, Teymurovun onun anasının ünvanına təhqiredici sözlər söyləməsinə dözməyərək onu bıçaqlayıb. Fakt üzrə cinayət işi açılıb.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.

Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır.” (İbn Macə).

Digər xəbərlər