Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Heydər məscidində olub
927 dəfə baxılıb
Ötən gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym Heydər məscidi kompleksində olub.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, məsciddə səfiri Kompleks İdarəsinin sədri Sabir Həsənli qarşılayaraq, onu Kompleks ilə tanış edib, məscidin tikintisi ilə bağlı ətraflı məlumat verib.
Müsaid bin İbrahim əs-Süleym Qafqazın ən böyük məscidi olan Heydər məscidini qədim Azərbaycan arxitekturası üslubunda tikilmiş həqiqi memarlıq incisi olduğunu qeyd edərək, öz heyranlığını bildirib. Daha sonra Heydər məscidi Kompleksi İdarəsinin sədri ilə Səudiyyə Ərəbistanı səfiri arasında iki ölkə arasında dini sahədə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb.
Səfir bildirib ki, Səudiyyə Ərəbistanı dünyanın hər yerində böyük məscidlərə qulluq sahəsində zəngin təcrübəyə malikdir. Bu səbəbdən ölkəsi Məscidin istənilən tələbatını və ya müraciətini təmin etməyə həmişə hazırdır. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir.
Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)