Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi bəyanat yayıb

Mart 30
21:16 2015

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi Yəməndə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, səfirlikdən verilən məlumata görə, bəyanatda deyilir ki, husi silahlı birləşmələrinin Yəməndə qanuni hakimiyyəti devirməsi nəticəsində bu ölkənin təhlükəsizliyi və sabitliyi pozulub:

“Bu ölkədə baş verən hadisələr təhlükəli xarakter alaraq, regional təhlükəsizlik, sabitlik və əmin-amanlıq, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə yaradıb. Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr bütün səyləri ilə qardaş Yəmən xalqının tərəfində durmağa tələsərək, “Körfəz dövlətləri təşəbbüsü” və onun icra mexanizmlərinə əsaslanan siyasi proseslə bu dövlətin təhlükəsizlik və sabitliyini qaytarmağa çalışıblar və çevrilişin regiona mənfi təsirinin qarşısını almaq üçün hərəkətə keçiblər. Bütün sülh səylərinə və davamlı fəaliyyətə baxmayaraq, dövlət çevrilişi edən husilər bunu qəti rədd etdilər, üstəlik ölkənin yerdə qalan bölgələri də öz nəzarətlərinə almaq üçün təcavüzkar əməllərini davam etdirdilər. Bu arada Yəmənin prezidenti Əbdürəbbuh Mənsur martın 24-də Əməkdaşlıq Şurasına üzv olan ölkə başçılarına məktub göndərərək, onlardan Yəmən dövləti və xalqını hegemonluğunu bu ölkədə yaymaq istəyən regional qüvvələr tərəfindən dəstəklənən və alət kimi istifadə edilən husi təcavüzlərindən qorumaq, həmçinin Yəməni terror təşkilatlarından xilas etmək üçün yardım xahiş etdi. Belə ki, bu hadisələr tək Yəmənin əmin-amanlıq və suverenliyi üçün deyil, həm də regional, hətta beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükəyə çevrilib. Yəməni və onun xalqını xarici qüvvələrin əlində alət olan və xalqının təhlükəsizlik və sabitliyi ilə oynayan husi yaraqlılarından qorumaq üçün prezidentin xahişi qəbul edilib. Təcavüzlər artıq Səudiyyə Ərəbistanı Krallığı ərazisinə də yayılıb və bizim dövlətlərin təhlükəsizlik və sabitliyi təhlükəyə məruz qalıb. Belə ki, Yəməndə qanuni hakimiyyətin nəzarətindən kənarda ağır silahlar, qısa və orta mənzilli raketlər var. Husi yaraqlıları Əməkdaşlıq Şurası və Təhlükəsizlik Şurası tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyərək, beynəlxalq qanun və qaydaları davamlı pozub və Səudiyyə Ərəbistanı Krallığı sərhədləri boyu ağır silahlar və raketləri yığmaqda davam edib. Bundan əlavə, Səudiyyə Ərəbistanı Krallığı sərhədlərinə yaxın ərazidə son zamanlar həqiqi mərmilərdən istifadə edərək böyük hərbi manevrlər keçirilib ki, burada bütün növ orta və ağır silahlardan istifadə edilib. Bu, onu göstərir ki, 2009-cu ilin noyabr ayında heç bir səbəb olmadan Səudiyyə Ərəbistanı Krallığı ərazisinə açıq təcavüz edən husi yaraqlıları yenidən öz əməllərini təkrar etmək niyyətindədir. Allahdan diləyirik ki, Yəməni və onun qardaş xalqını qorusun, onu fitnələrdən kənar etsin, nə Yəmənə, nə də bizim dövlətlərə xeyir arzulamayan xarici müdaxilələrdən qorusun. Həmçinin diləyirik ki, Yəmən xalqı üçün əmin-amanlıq və sabitlik bərqərar etsin”.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər