Şeyx Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyində olub
782 dəfə baxılıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyində olub.
“Sələf Xəbər”in Apa-ya istinadən məlumatına görə, QMİ-dən bildiriblər ki, Allahşükür Paşazadə iki Müqəddəs Məkanın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz əl Səudun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
Şeyxülislam Allahşükür Paşazadə səfirliyin əməkdaşları ilə görüşüb, mərhum kralla görüşlərini xatırladıb, onun iki ölkə arasında əlaqələrin inkişafında xidmətlərini qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Qurani-Kərim, “Nəhl” surəsi, 97-cİ ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta, insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir.” (Bax: “Təfsir Əs-Saadi”)