Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Silahlı Qüvvələrimizin hərbi təyinatlı smartfonu

Dekabr 26
15:08 2014

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “GSM Ballistika” smartfonu əsasında ballistik hesablayıcı hazırlayıb.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, qurğu Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiyalar Sərgisi çərçivəsində nümayiş etdirilib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, ballistik hesablayıcı düşmənin mövqelərinə atəş hazırlığı zamanı artilleriya hesablamalarının avtomatlaşdırılması üçün nəzərdə tutulub.

O, qeyd edib ki, smartfona mikroçip inteqrasiya etdirilib: “Mikroçip açılmış yaylım atəşinin akustikasından düşmən artilleriyasının dislokasiya yerini müəyyənləşdirmək iqtidarındadır. Qurğu hazırda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir”.

“(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”.

Qurani -Kərim, “Ənfal” surəsi, 60-cı ayə

Digər xəbərlər