Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul edildi

May 16
19:00 2017

Milli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Selefxeber.azMarja”ya istinadən xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

17 maddə, 3 fəsildən ibarət olan qanun layihəsində Azərbaycanda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadənin məhdudlaşdırılması, yalnız xüsusi icazə verilmiş yerlərdə istifadəsi əks olunub:

– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

– ticarət obyektləri;

– məişət obyektləri;

– sosial xidmət müəssisələri;

– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

– uşaq meydançaları;

– yerüstü qapalı və yeraltı piyada keçidləri;

– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişindaşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

– taksofonlar;

– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;

Layihədə o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.

Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir. Bundan başqa, göstərilir ki, tütündən istifadə ilə bağlı müalicə dövlət hesabına aparılacaq, mağazalarda siqaret almaq istəyən yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Layihə səsə qoyularaq ikinci oxunuşda, eyni zamanda əsas kimi qəbul edilib.

Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.

20-ci əsrin görkəmli islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə). Peyğəmbər (ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.

Tibb sübut edir ki, siqaret çəkmə sağlamlığa ziyan vurur, və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin).

Digər xəbərlər