Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Şirvanın yeni diaqnostika laboratoriyası 9 rayona xidmət göstərəcək

Avqust 02
15:10 2014

AzərTAc-ın verdiyi məlumata görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində hemofiliyalı xəstələr üçün regional diaqnostika laboratoriyası istifadəyə verilib.

Açılışda bildirilib ki, laboratoriya hemofiliya mərkəzlərinin potensialının təkmilləşdirilməsi, diaqnostika, və pasiyentlərin maarifləndirilmə yolu ilə qayğının mərkəzləşdirilməsi layihəsi çərçivəsində yaradılıb. İsveçrənin “Novo-Nordisk” Hemofiliya Fondu, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası və Səhiyyə Nazirliyi layihəyə dəstək verib. Türkiyə hemofiliya dərnəyinin əməkdaşları və professor Bülənt Zülfüqar da həmçinin laboratoriyanın yaradılmasında iştirak edib.

Şirvan Regional Hemofiliya Mərkəzində çalışan mütəxəssislər müasir biliklərə yiyələnib və hemofiliyalı vətəndaşlara keyfiyyətli xidmət göstərəcəklər. Müasir tibb avadanlığı ilə təmin olunan laboratoriyada regionda yerləşən 9 rayonun qan xəstəliklərindən əziyyət çəkən sakinlərinə xidmət ediləcək.

“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər