SOCAR daha bir neft quyusunu istismara verdi
İyul 21
10:57
2014
967 dəfə baxılıb
ARDNŞ-nin (SOCAR) iyulun 17-də verdiyi məlumata görə, “Qaradağ” yatağındakı 477 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
Quyuda Məhsuldar Qatın VII horizontunda 3159-3124 metr dərinlik intervalından təkrar süzgəc açılıb. Quyuya sutkada orta hesabla 100000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaqdır.
Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”(Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə)