SOCAR yeni quyu istismara verib
1. 102 dəfə baxılıb
Sutkada 85 ton neft hasil ediləcək.
SOCAR-dan Oxu.Az saytına verilən məlumata görə, “Günəşli” yatağındakı 13-cü özüldən 352 nömrəli quyu qazmadan sonra istismara verilib. “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 2895-2858 metr intervaldan sutkalıq 85 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).