Süd, ət və yumurta istehsalı artıb
1. 002 dəfə baxılıb
Dövlət Statistika Komitəsindən Oxu.Az -a verilən məlumata görə, birinci yarımillikdə 929,2 min ton süd istehsal olunub.
Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 1,0 faiz artaraq 2724,1 min başa, qoyun və keçilərin sayı 1,1 faiz çoxalaraq 8841,2 min başa çatıb.
Bu dövrdə 1,9 faiz çox (və ya diri çəkidə 220,7 min ton) ət, 3,1 faiz çox (yaxud 929,2 min ton) süd, 12,2 faiz çox (və ya 768,8 milyon ədəd) yumurta, 2,1 faiz çox (yaxud 15,0 min ton) yun istehsal edilib.
Məlumatda həmçinin deyilir ki, ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 10,1 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,0 faiz, bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı 5,8 faiz artıb.
Sələf Xəbər: Uca Allah dedi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).