Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sumqayıt sakini atası üçün qeyri-adi ehsan verdi – FOTO

Avqust 01
17:41 2017

Sumqayıt sakini Qalib Namazov rəhmətə gedən atası üçün qeyri-adi ehsan verib.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, o, atası Hidayət Namazov üçün 40 mərasimi keçirməkdən imtina edib.

“40 mərasimi üçün yer icarəsi, qadın və kişi mollası, israfçı ehsan süfrəsini nəzərə alaraq, bunlardan imtina etdim. Əvəzində Kambocada ata-anamın adı ilə artezian quyusu qazdırdım”.

Qalib Namazov bildirib ki, quyunun üzərində tabloda valideyinlərinin adlarını yazdırıb.

Həmin fotoları təqdim edirik:

📷

20562078_1489445147778932_372586716_n

20614366_1489445131112267_267923316_n

Sələf Xəbər: Müsəlman, dünyasını dəyişmiş yaxın qohumlarına yaxşılıq etmək istəyirsə, bunu şəriətin məqbul saydığı qaydada etməlidir. Belə ki, onun təqdim etdiyi hər-hansı ehsan (sədəqə) növü, şəriət tərəfindən məqbul sayılmalıdır. Axı bu sədəqəni qəbul edən Allahdır. Əgər Allah bunu qəbul etmirsə, bunun ölüyə nə faydası?!

Dinimiz bizə ölən adamın hansı əməllərdən faydalana biləcəyini belə öyrədir:

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İnsan öldükdə bütün əməlləri dayanır. Yalnız üç əməli istisnadır: daimi qalan sədəqə, öyrətdiyi faydalı elm, yaxud onun üçün dua edən əməlisaleh övlad.» (Muslim: 3/ 1255/ № 1631).

Digər xəbərlər