Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada azərbaycanlı öldürüldü

Avqust 17
14:07 2015

Suriyada daha bir azərbaycanlı öldürülüb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Zərdab rayon, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-də Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb.

T. Asdanovun yaxınlarının APA-ya verdiyi məlumata görə, o 2014-cü ilin sonlarında Suriyaya gedib. T. Asdanov sonuncu dəfə ailəsi ilə iyulun 24-də telefon əlaqəsi saxlayıb. Bir neçə gün sonra isə yaxınları onun ölüm xəbərini alıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər