Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada daha bir azərbaycanlı öldürülüb – FOTO

Oktyabr 07
21:17 2014

“Sələf Xəbər”-in Virtualaz.org saytına istinadən xəbərinə görə, Suriyada döyüşən mücahidlər sosial şəbəkələrdə daha bir azərbaycanlının ölməsi barədə məlumatı paylaşıblar.

Öldürülənin ləqəbi Əbu Muaz Azəridir. Həmin şəxsin bir neçə gün əvvəl öldürüldüyü haqda məlumat yayılsa da onun konkret hansı şəhərdə qətlə yetirildiyi haqda məlumat verilmir.

 Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.

Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər