Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada döyüşən azərbaycanlı İŞİD üzvü öldürülüb

Aprel 12
16:25 2016

Suriyada İŞİD terror xəvaric qruplaşmasının tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlı öldürülüb.

“Sələf Xəbər”in Modern.az-a istinadən məlumatına görə, dünən axşam saatlarında Hələbin cənubunda Fətih ordusunun rəhbərliyi altında “Əhraruş Şam”, “Nüsrət Cəbhəsi”, “Ecnaduş Şam”, “Ceyüş-Sünnə”, “Ceyşül İslam” və “Fəlyakuş Şam” qruplarının birgə iştirakı ilə hərbi əməliyyatlar keçirilib.

Müxalif qüvvələrin tərkibində döyüşən iki qafqazlı İŞİD terror xəvaric qruplaşması üzvü əməliyyatlar zamanı həlak olub. Ölənlərdən biri Əbu Əli Azəri (Elşən) ləqəbli Azərbaycan vətəndaşıdır.

Əbu Əli Azərinin üç il öncə azərbaycanlı İŞİD terror xəvaric qruplaşması üzvü Rüstəm Əsgərovla birlikdə Suriyaya getdiyi və orada bir qadınla evləndiyi bildirilib.

Həlak olan azərbaycanlı döyüşçünün Suriyalı qadından iki övladının olduğu qeyd edilib.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər